quarta-feira, 8 de julho de 2015

Peşəkar Futbol Liqası - Azərbaycan

     Resultado de imagem para BANDEIRA Azərbayca

Azərbaycan Premyer Liqası

Azərbaycan Premyer Liqası — hazırda Topaz Premyer Liqası adlandırılan və Azərbaycanın peşəkar futbol klublarının çıxış etdiyi güclülər dəstəsidir.
1992-ci ildən cəmi 8 klub Azərbaycanın futbol sisteminin çempionu olmuşdur. Qarabağ liqanın cari çempiondur.

Tarixi

1990-cı illər

1990-cı illərdə Neftçi BakıKəpəzTuran Tovuz və Şəmkir kimi klublar liqada uğurlu çıxış edərək çempion olmuşlar. Lakin, maliyyə problemləri klublara pis təsir etdi və Xəzri Buzovna, Şəmkir, Viləş Masallı və Şəfa Bakı kimi klublar artan borclara görə iflasa uğradı.[1] 1997-ci ildə, “Kəpəz” Azərbaycan çempionatları tarixində ən uzun qələbə seriyasına imza atmışdır. Gəncəlilər 1997/98 və 1998/99 mövsümlərində ardıcıl 20 matçda meydanı 3 xalla tərk edib.[2]

2000-ci illər

Klubların 2002-ci ilin aprelində 11-ci milli çempionatı dayandırması və AFFA ilə pikə çatan gərginlik, FİFA və UEFA-nın 2 illik sanksiyası ilə bitib.[3] 2005-ci ildə "Neftçi" çempionatın sonunda "Xəzər Lənkəran" klubu ilə eyni xal yığdığı üçün çempionu müəyyənləşdirmək üçün "Qızıl oyun" keçirildi. Gəncə şəhər stadionunda keçirilən oyunda ağ-qaralar "Xəzər-Lənkəran"ı 2:1 hesabı ilə üstələyərək, ardıcıl ikinci dəfə çempionluğu bayram etdi.[4] 2006-ci ildə Ağasəlim Mircavadovun rəhbərliyi altında Xəzər Lənkəran çempion oldu.

2010-cu illər

2010-cu illər parlaq başladı və Neftçi 6 illik fasilədən sonra ardıcıl 3 dəfə Azərbaycan çempionatının qızıl medallarını və 2 dəfə ölkə kubokunu qazandı.[5][6] 2011-12-ci il mövsümünün qalibi kimi Çempionlar Liqasına vəsiqə qazanmış "Neftçi", UEFA Avropa Liqasının pley-off mərhələsində Kiprin APOEL klubunu məğlub edərək, Azərbaycan futbolu tarixində avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanmış ilk klub oldu.[7] 2013/2014 mövsümündə “Qarabağ” 21 ildən sonra ikinci çempionluğu qeyd etdi.[8] 2014-cü ildə “Qarabağ” Azərbaycan futbolu tarixində avrokuboklarda qrup mərhələsinə ikinci vəsiqə qazanmış klub oldu.[9] Bundan əlavə, “Qarabağ” yarışın əsas mərhələsində qələbə qazanan ilk Azərbaycan klubu kimi tarixə düşüb.[10]

Azərbaycan Premyer Liqası
ÖlkəFlag of Azerbaijan.svg Azərbaycan
KonfederasiyaUEFA
Açılış ili1992
Komandaların sayı10
Liqalar sistemində səviyyə1
Aşağı liqaAzərbaycan Birinci Divizionu
Digər kubok(lar)Azərbaycan Kuboku
Azərbaycan Superkuboku
Beynəlxalq kubok(lar)UEFA Çempionlar Liqası
UEFA Avropa Liqası
Son çempionQarabağ (3 dəfə)
(2014-15)
Ən uğurlu komandaNeftçi Bakı (8 dəfə)
TV partnyoruAzTVİdman TV

“Neftçi” veteranlara qapını göstərir: Xetaqurov komandadan kənarlaşdırıldı

Sabah Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində səfərdə "Mladost"la (Monteneqro) qarşılaşacaq "Neftçi"də "yarpaq tökümü" davam edir. Apasport.az-ın komanda.az saytına istinadən xəbərinə görə, bir müddət əvvəl Qarabağ müharibəsi veteranı, klubun operatoru Dadaş Zeynalov işindən uzaqlaşdırılmışdı. İki gün əvvəl isə "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevin uşaqlıq dostu, Qarabağ müharibəsi veteranı, Milli Təhlükəsizlik Nazirliyinin keçmiş polkovniki Hamlet İsmayılov klubun təhlükəsizlik idarəsinin rəisi vəzifəsindən kənarlaşdırılmışdı. Hər iki istefa "Neftçi"nin icraçı direktoru Elnur Məmmədovun istəyi ilə baş tutmuşdu.

Bu dəfə "Neftçi"dən uzaqlaşdırılan klubun təcrübəli həkimi Boris Xetaqurov olub. Daha doğrusu, "Neftçi"nin tibbi bərpa mərkəzinin baş həkimi kimi çalışan Xetaqurov bir neçə gün əvvəl - iyulun 1-də postundan uzaqlaşdırılıb.

Xetaqurov uzun illər "Neftçi"də və milli komandalarda həkim kimi fəaliyyət göstərib. O, "ağ-qaralar"ın SSRİ çempionatının bürünc medallarını qazandığı 1966-cı ildə də komandanın həkimi olub. Gələn ay "Neftçi"də fəaliyyətə başlamasının 50 ili tamam olacaqdı (komanda.az).

Məlumatı dəqiqləşdirmək üçün Boris Xetaqurovla əlaqə saxladıq. O, apasport.az saytına açıqlamasında yayılan informasiyanın doğru olmadığını bildirdi: “Şəxsi işlərimlə əlaqədar, “Neftçi” ilə birgə Monteneqroya getməmişəm. Amma klubdan ayrılmağımdan söhbət gedə bilməz. Bu barədə xəbəri ilk dəfə sizdən eşidirəm”.

“Xəzər Lənkəran”ın oyunu 4 futbolçuya görə baş tutmadı

“Xəzər Lənkəran” mövsümlərarası fasilədə bu gün ilk yoxlama oyununu keçirməli idi. Apasport.az saytının məlumatına görə, iyunun 28-dən Türkiyənin Kapadokya bölgəsində təlim-məşq toplanışında olan cənubluların Kayserini təmsil edən “Ərciyəsspor”un ikinci komandası ilə üz-üzə gəlməyi nəzərdə tutulmuşdu.

Lakin matçın başlamasına bir neçə saat qalmış rəqib komandanın xahişinə əsasən, bu qarşılaşma qeyri-müəyyən vaxta təxirə salınıb. Səbəb isə Türkiyə klubunun heyətində 4 futbolçunun zədələnməsidi.

Qeyd edək ki, plan üzrə "Xəzər Lənkəran" 11 iyul tarixində yoxlama oyunu keçirəcək. Rəqibin kimliyi isə hələ məlum deyil.

Nenhum comentário:

Postar um comentário